NADİR LANDŞAFTLAR

özünün fərdiliyi və təkrarsızlığı ilə seçilən landşaft. Məs. respublikamızda “Ellər oyuğundakı” eldar şamı meşəsi, Qobustan qayalıqları və s.
MÜTLƏQ YÜKSƏKLİK, MÜTLƏQ Hündürlük
NANOPLANKTON
OBASTAN VİKİ
Geokimyəvi landşaftlar
Geokimyəvi landşaftların müasir təsnifatı müxtəlif vaxtlarda bir sıra geokimyaçılar tərəfindən işlənmiş müddəalar nəzərə alınmaqla A. İ. Perelman tərəfindən yaradılmışdır. A. İ. Perelmanın geokimyəvi təsnifatında (1961, 1966) landşaftda atomların miqrasiyası ilə əlaqədar materiyanın hərəkət formaları əsas götürülür. Bu təsnifata görə bütün geokimyəvi və elementar landşaftlar bu landşaftlarda üstünlük təşkil edən miqrasiyanın növündən asılı olaraq abiogen, biogen, texnogen (başqa sözlə antropogen, yaxud mədəni) landşaftlara ayrılır. Abiogen landşaftların əsas fərqləndirici xüsusiyyətləri bu landşaftlarda elementlərin biogen miqrasiyasının praktiki olaraq mövcud olmamasıdır. Yüksək dağ zirvələri, suayrıcıların qar və qismən buzlaqlarla örtülmüş hissələri belə landşaftlara aid edilir. Abiogen landşaftlardan fərdi olaraq biogen landşaftlarda elementlərin bioloji dövranı prosesi fasiləsiz olaraq davam edir və burada elementlərin miqrasiyasında başlıca rol biogen miqrasiyanın üzərinə düşür. Bu landşaftlarda mexaniki və fiziki miqrasiya ikinci dərəcəli əhəmiyyət kəsb edir. Biogen landşaftların bölünməsi elementlərin bioloji dövranın xüsusiyyətlərinə və aparıcı miqrasiya növünə əsaslanır. Bioloji kütlənin (B) illik məhsulun miqdarına (M) olan nisbətinin dəyişməsindən asılı olaraq müxtəlif landşaft tipləri ayrılır. Başqa sözlə desək, landşaft tipləri məhz ümumi canlı varlığın-bioloji kütlənin (B) və illik məhsulun miqdarından (M), daha doğrusu hər ikisi hektarda sentrlərlə ölçülən bu kəmiyyətlərin nisbətindən asılı olaraq müəyyənləşdirilir (N. İ. Bazileviç, L. E. Rodin, 1965).
Törəmə landşaftlar
Törəmə landşaftlar — təbii-antropogen landşaftlar olub hazırda və ya keçmişdə insanın təsərrüfat fəaliyyəti nəticəsində ilkin landşaftların yerində formalaşmış landşaftlar. Bu landşaftlar özü-özünü təbii nizamlama prosesləri sayəsində on illər və ya ilk yüz il ərzində nisbətən sabit (dayanıqlı) vəziyyətdə qalır. Törəmə landşaft qrupuna bir sıra misallar göstərmək olar. Bura Rusiya düzənliyinin xırdayarpaq meşələri (tozağacı və titrəkyarpaq qovaq meşələri), Aralıq dənizi sahili tipli kserofıt kolluqları, deqradasiyaya uğramış bozqırları, transformasiyaya uğramış savannaları, Cənubi Qafqazda, o cümlədən Azərbaycanda fıstıq və palıd, ardıc və s. meşələrin yerində formalaşmış vələs, dəmirqara meşələrini, müxtəlif şiblək tiplərini göstərmək olar. Bu kateqoriyaya aid olan bütün landşaftlar üçün ümumi cəhət insan tərəfindən çox dəyişilmiş bitki qruplaşmalarının (törəmə bitkilik) kəskin nəzərə çapmasıdır. Bununla yanaşı, torpağın, mikroiqlimin və landşaftın digər komponentlərinin xüsusiyyətlərinin dəyişməsi də baş verir.
Nadir
Nadir — Kişi adı və təxəllüs.
Nadir Abbasov
Nadir Xuduş oğlu Abbasov — Azərbaycan Kommunist Partiyası Ağcabədi Rayon, Salyan Rayon və Ağdam Rayon Komitəsinin birinci katibi. 1925-ci ildə Gəncə qəzasında qulluqçu ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1948-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür, ali təhsili var – Azərbaycan Kənd Təsərrüfatı İnsititunu və Azərbaycan KP MK yanında Ali Partiya Məktəbini bitirmişdir. Sosialist Əməyi Qəhrəmanıdır (1976). Əmək fəaliyyətinə 1942-ci ildə başlamışdır. 1944–1949-cu illərdə Sovet Ordusunda xidmət etmişdir. 1950-ci ildən rayon komsomol komitəsinin katibi, Kirovabad (indiki Gəncə) vilayət komsomol komitəsinin şöbə müdiri, şəhər komsomol komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. 1935–1955-ci illərdə partiya məktəbinin müdavimi, 1956-cı ildən Kirovabad toxulçuluq kombinatının, Nizami adına sovxozun partiya komitəsinin katibi, Kirovabad Şəhər Partiya Komitəsinin şöbə müdiri olmuşdur. 1962–1970-ci illərdə Gədəbəy, Qasım İsmayılov (indiki Goranboy)istehsalat idarələrinin partiya təşkilatçısı, Azərbaycan KP MK inspektoru, Azərbaycan KP Qasım İsmayılov RK-nın, Ağdam RK-nın birinci katibi vəzifələrində işləmişdir. 1970-ci ildən Azərbaycan KP Salyan RK-nın birinci katibi, 1978-ci ildən isə Azərbaycan KP Ağcabədi RK-nın birinci katibi olmuşdur. Azərbaycan SSR Ali Soveti mandat komissiyasının və Azərbaycan KP MK üzvü olmuşdur.
Nadir Abbasquliyev
Nadir Elçin oğlu Abbasquliyev (6 dekabr 1995; Gəncə, Azərbaycan — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Nadir Abbasquliyev 1995-ci il dekabrın 6-da Gəncə şəhərində anadan olub. Subay idi. Azərbaycan Ordusunun əsgəri olan Nadir Abbasquliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nadir Abbasquliyev noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nadir Abbasquliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Nadir Abbasquliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nadir Abbasquliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Nadir Abdullayev
Nadir Abdullayev (dilçi)
Nadir Afonzo
Nadir Afonzo, GOSE (4 dekabr 1920 –11 Dekabr 2013) — Portuqaliyalı geometrik abstraksiyonist rəssam. Əvvəllər memarlıq ilə məşğul olan və öz karyerasının erkən illərini Le Korbuzye və Oskar Nimeyer ilə təkmilləşdirən Danir Afonzo daha sonralar Parisdə rəssamlıq fəaliyyətinə başladı və Viktor Vazareli, Fernand Leqer, Oqust Erben və Andre Blok ilə birgə çalışaraq kinetik incəsənətin qabaqcıllarından biri oldu. Həndəsi qaydalara əsaslanan estetikanın nəzəriyyəçisi olan Nadir Afonzo bir sıra kitablarda dərc etdirdiyi belə bir ideyanı müdafiə edirdi ki, incəsənət tamamilə obyektivdir və incəsənəti təxəyyül hadisəsi deyil, o müşahidə, qavrama və manipulyasiya forması kimi təqdim edən qanunlarla idarə olunur. Nadir Afonzo karyerasının erkən vaxtlarında beynəlxalq səviyyədə tanınmağa nail oldu və əsərlərinin bir çoxu muzeylərdədir. Onun ən məşhur əsərləri bütün dünyadakı yerləri təsvir edən “Şəhərlər” seriyasıdır. O, ömrünün sonrakı illərində də rəssamlıqla məşğul olmuş və 11 dekabr 2013-cü ildə Kaskais şəhərindəki bir xəstəxanada dünyasını dəyişmişdir. Həyatı boyu öz ölkəsini ən yaxşı səviyyədə təmsil edən Nadir Afonzo böyük nailiyyətlər əldə etmişdir. Nadir Afonzo Rodriqes 1920-ci il dekabrın 4-də Portuqaliyanın Kaves rayonunun kənarındakı ucqar bir kənddə anadan olmuşdur. Onun valideynləri Palmira Rodriqes Afonso və şair Artur Mariya Afonsodur. Nadir Afonzonun ilk adını atası Orlando şəhərində Vətəndaş Qeydiyyatına gedərkən yolda rast gəldiyi qaraçı məsləhət görmüşdü.
Nadir Arastə
Nadir Arastə-Siyasətçi Nadir Arastə Rusiyada təhsil almışdır.O, Sankt-Peterburq hüquq fakültəsi məzunu idi.İrana qayıdandan sonra Xarici İşlər Nazirliyində məşğul oldu. Nadir Arastə, İranın Argentina, Almaniya və Polşada ki səfiri olubdur, o həmçinin Xuzistan, Gilan və İsfahan ostanlarının qubernatorları və Yol naziri və Post,Teleqraf və Telefon naziri kimidə vəzifə edib.
Nadir Axundov
Nadir Ələkbər oğlu Axundov (1912, Yelizavetpol – 4 aprel 1959) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ticarət naziri (1955–1959), Azərbaycan SSR xalq yüngül sənaye komissarı (1942–1946) və yüngül sənaye naziri (1946–1947, 1952–1953). Nadir Ələkbər oğlu Axundov 1912-ci ildə Yelizavetpol (Gəncə) şəhərində sənətkar sərrac ailəsində anadan olmuşdur. 6 yaşında anasını, 10 yaşında isə atasını itirmiş, beş il təhsil ala bilişdir. 14 yaşında işləməyə başlamış, bağban yanında üç il muzdur-şagird olmuşdur. 1927-ci ildə komsomol təşkilatına daxil olmuşdur. Nadir Axundov təhsilini davam etdirmək və su təsərrüfatı sahəsi üzrə ixtisasa yiyələnmək üçün Bakıya gələrək Ağamalıoğlu adına texnikumda iki il təhsil alsa da, ağır xəstəlik səbəbindən təhsilini yenidən yarımçıq qoymağa məcbur olmuşdur. 1933-cü ilin mart ayında o, Azərbaycan SSR Xalq Yüngün Sənaye Komissarlığının Bakıdakı 3 nömrəli gön-dəri zavodunda fəhləliyə başlamış, il yarımdan sonra isə Moskva Dəri Ayaqqabı Texnikumunda oxumağa göndərilmiş, buranı 1937-ci ildə əla qiymətlərlə bitirmişdir. Bakıya qayıtdıqdan sonra yenidən 3 nömrəli gön-dəri zavodunda çalışmış, zavodun baş texnoloqu olmuşdur. Sonralar isə Bakıda 2 nömrəli gön-dəri zavodunun baş mühəndisi və 2 nömrəli ayaqqabı fabrikinin direktoru olmuşdur. 1941-ci ildə Azərbaycanın rəhbər təsərrüfat işlərinə irəli çəkilən Nadir Axundov Azərbaycan SSR xalq yüngül sənaye komissarının müavini vəzifəsində çalışmışdır.
Nadir Azməmmədov
Nadir Mirzə oğlu Əzməmmədov (3 fevral 1953, Şamaxı rayonu) — "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqəlar şöbəsinin əməkdaşı, ikinci rejissor, aktyor, rejissor assistenti, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının, Kinematoqrafçılar İttifaqları Konfederasiyasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2017). Nadir Əzməmmədov 3 fevral 1953-cü ildə Qobustan rayonunun Nərimankənd kəndində anadan olub. İncəsənət İnstitutuna qəbul olmamışdan öncə "Azərbaycanfilm" kinostudiyasının nəzdində Adil İsgəndərovun kursunda təhsil alıb. Bundan sonra (1972–1976-cı illərdə) Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb və 1977–1978-ci illərdə həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra kinostudiyaya gəlib və burada "Od içində" (1978) filmində rejissor köməkçisi kimi çalışıb. Bu aktyorun kinoda ilk işi olub. Rejissor assistenti və ikinci rejissor kimi çalışdı filmlərdə ikinci dərəcəli rollarda da oynayıb. "Şeytan göz qabağında" filmində "KAMAZ" sürücüsü, "Qara Volqa" filmində müstəntiq obrazlarını canlandırıb. 1980-ci ildə Moskvada Gənc Kinematoqrafçıların təkmilləşdirmə kursunu bitirdikdən sonra ikinci rejissor kimi fəaliyyətini davam etdirib. Ancaq quruluşçu rejissor olmağa vaxt olmayıb.
Nadir Balakişiyev
Nadir Balakişiyev — Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi (1962-1971). Balakişiyev Nadir Ağadayı oğlu 1930-cu il fevralın 2-də Bakı şəhərində anadan olmuşdur. Məktəbi fərqlənmə ilə bitirib Azərbaycan Neft və Kimya İnstitutuna daxil olur. Birinci kursun axırlarında atasını itirən 19 yaşlı Nadir Balakişiyev ailəsinin bütün məsuliyyətini öz çiyinlərinə götürür və beləliklə o, hələ tələbəlik illərində əmək fəaliyyətinə başlayaraq mühəndis-energetik vəzifəsinə işə düzəlir. 1953-cü ildə institutu bitirən Nadir Balakişiyevə Dövlət Nəzarəti Nazirliyində işləmək məsləhət görülür. 1961-ci ilin yanvarında Azərbaycan KP MK-nın təşkilat işi şöbəsində məsul təşkilatçı vəzifəsinə təyin edilir. 1962-ci ildən Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi, 1971-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici turizm idarəsinin rəisi vəzifələrində çalşıb. 1978-1990-cı illərdə ixtisası üzrə, 1991-1997-ci illərdə isə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru işləyib. İki dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı, 1964-cü ildə isə Azərbaycan KP MK üzvü seçilib. 1966-cı ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Sov.İKP XXIII qurultayının işində iştirak edib.
Nadir Batmanqılınc
Nadir Əbülqasım oğlu Batmanqılınc(1902–1991) — Azərbaycan əsilli İran generalı Nadir Əbülqasım oğlu Batmanqılınc 1902-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Tehranda hərbi məktəb bitirmişdi. Sonra İsveçdə oxumuşdu. İrana dönəndən sonra orduda xidmət etmişdi. Ərdəbildə yerləşən hərbi hissənin rəisi olmuşdu. Orduya idman və bədən tərbiyəsini tətbiq etmişdi. Nadir Batmanqılınc 1941-ci ildə İranın bir hissəsini zəbt edən Böyük Britaniya ordusu tərəfindən tutulmuşdu. O zaman polkovnik rütbəsində idi. 1945-ci ildə dustaqlıqdan azad olunmuşdu. Nadir Batmanqılınc sonra yenidən orduda xidmət etmişdi.
Nadir Bayramlı
Nadir Bayramlı (Bayramlı Nadir Qaçay oğlu; d. 1962, Qaraxanbəyli, Füzuli rayonu) — Azərbaycan müğənnisi. Nadir Bayramlı 1962-ci ildə 26 dekabr tarixində Azərbaycan respublikası, Füzuli rayonunun Qaraxanbəyli kəndində musiqiçi ailəsində anadan olmuşdur. Uşaqlıq yaşlarından musiqiyə olan həvəsi onu bu sənəti seçməyə istiqamətləndirdi. Artıq on iki, on üç yaşlarında özfəaliyyət səviyyısində bir sıra tədbirlərdə çıxış etmişdir. 1978-ci ildə artıq 16 yaşında ikən Nadir bəy Füzuli şəhərinə köçmüş və uzun müddət burada yaşamışdır. Füzulidə yaşadığı müddətdə bir sıra tanınmış sənət adamları ilə - xanəndələrlə tanış olaraq sənətin sirrlərini onlardan öyrənmişdir. 1981-ci ildə 19 yaşında hərbi xidmətə yola düşmüş 21 yaşında hərbi xidməti bitirib 1984 cü ildə Üzeyir Hacıbəyov adına Ağdam şəhər musiqi texmikumunun solo oxuma-xanəndəlik sinfinə qəbul olmuşdur. 1988 - ci ildə təhsilini bitirdikdən sonra, Füzuli şəhər musiqi məktəbində muğam muəllimi kimi fəaliyyətə başlamışdır. 1990-ci ildə Bakı şəhərindən bir sıra görkəli xanəndələr və musiqiçilər tərəfindən dəvət alaraq Bakıya köçmüş və bundan sonrakı, sənət fəaliyyətini Bakı şəhərində davam etdirmişdir.
Nadir Bədəlov
Nadir Bədəlov (4 avqust 1956, Buzovna) — Ssenari müəllifi. Kino redaktoru. Aparıcı. Nadir Bədəlov "Salnamə" kinostudiyasının redaktoru, sənətşünas, ssenaristdir.
Nadir Bəhrəmov
Nadir Bəhrəmov (tam adı:Bəhrəmov Nadir Rəhim oğlu) — tarixçi, tarix elmləri doktoru, professor Bəhrəmov Nadir Rəhim oğlu 15 mart 1929-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1947-ci ildə Naxçıvan Müəllimlər İnstitutunu qurtardıqdan sonra Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş, ikinci kursdan M. V. Lomonosov adına MDU-ya köçürülmüşdür. 1952-ci ildə həmin universiteti, 1953-cü ildə isə Moskvada ictimai elmlər üzrə müəllimlər hazırlayan kursları bitirmişdir. 14 iyul 2000-ci ildə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Sənaye İnsititutunda (indiki Neft Akademiyası) müəllim, baş müəllim, dosent və xarici tələbələrlə iş üzrə dekan müavini olmuşdur. 1965-ci ildən Azərbaycan Texniki Universitetinin (keçmiş Politexnik İnstitutu) fəlsəfə və politologiya kaferasında çalışmışdır. Azərbaycan neft sənayesinin tarixinə və inkişaf perspektivlərinə, texniki tərəqqiyə, Azərbaycan alim və mütəxəssislərinin keçmiş SSRİ-nin müxtəlif bölgələrində neftin kəşf edilməsində xidmətlərinə dair tədqiqatların, o cümlədən 6 kitab və elmi metodik əsərin müəllifidir.
Nadir Dövlət
Nadir Dövlət (türk. Nadir Devlet, tatarca: Надир Дәүләт) — tatar əsilli Türkiyə alimi, tarixçi, jurnalist, tarix elmləri doktoru, professor, Tatarıstan Elmlər Akademiyasının yabançı üzvü Nadir İbrahim oğlu Dövlət Kildi 15 iyul 1944-cü ildə bolşevik diktaturasından Mançuriyaya qaçan tatar kökənli İbrahim və Ruqiyyə Dövlət-Kildi ailəsində anadan olmuşdur. Valideynləri Ayaz İshaki tərəfindən yayınlanan tatarca "Milli Bayrak" qəzetinin yaradılmasında iştirak etmişlər. Sovet qoşunları 1945-ci ildə Mançuriyaya girdikdən sonra Çinə sığınan bir çox tatar ailəsi həbs olunmuşdur. İbrahim və Ruqiyyə Dövlət-Kildiyevlər casusluqda günahlandırılmış və hər ikisi on il müddətinə həbs cəzasına məhkum edilmiş, müxtəlif QULAQ düşərgələrinə göndərilmişdir. QULAQ-a gedən yolda Nadir Dövlətin bacısı Fəridə dünyaya gəlmişdir. Bir yaş yarımlıq Nadir babasının himayəsində qalmış, lakin bir neçə ay sonra babası ölmüşdür. Nadir Mançuriyada qalmağı bacaran tatar ailəsi Axtyam və Gainijamal İlyasov tərəfindən himayəyə götürülmüşdür. Çində kommunist rejim qurulduqdan sonra bu ölkəyə sığınan minlərlə tatar yeni bir yaşayış yeri axtarmağa məcbur olmuş, kimi Yaponiyaya, kimi Avstraliyaya və ABŞ-a köçmüşdür. İlyasovlar ailəsi isə Türkiyəyə mühacirət etmişdir.
Nadir Eynullayev
Nadir Müzəffər oğlu Eynullayev (20 sentyabr 1942, Bakı – 1993, Bakı) — hücumçu mövqeyində çıxış etmiş sovet futbolçusu. Nadir Eynullayev 20 sentyabr 1942-ci ildə Bakı şəhərində 6 uşaqlı ailədə anadan olub. Futbolçu karyerasını 1961-ci ildə "Neftyanik"də başlayıb. 1966 mövsümündə "Neftyanik"in heyətində A qrupunda bürünc medal qazanıb. 1967-ci ili "Şaxtyor Qarağandı"da, 1968-ci ili isə "Dinamo Kirovabad"da keçirib. Peşəkar karyerasını 1972-ci ildə "Neftçi"də başa vurub. Nadir Eynullayev 9 iyun 1965-ci ildə Bakıda gənclərdən ibarət Polşa yığmasına qarşı keçirilmiş yoldaşlıq oyununda gənclərdən ibarət SSRİ yığmasının heyətində debüt edib. O, görüşün ikinci hissənin əvvəlində Viktor Zabrodinin əvəzinə meydançaya daxil olub. Oyun SSRİ yığmasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Nadir Eynullayev futbolçu Kamil Eynullayevin qardaşı, şahmatçı Tatyana Zatulovskayanın isə bibisi oğludur.
Nadir Hüseynbəyov
Nadir Fərəc bəy oğlu Hüseynbəyov (20 iyun 1929, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsi sədrinin birinci müavini — Azərbaycan SSR naziri (1986–1989), Azərbaycan SSR kənd təsərrüfatı nazirinin birinci müavini (1969–1985), Azərbaycan SSR əməkdar kənd təsərrüfatı mühəndisi (1982). Nadir Fərəc bəy oğlu Hüseynbəyov 1929-cu il iyunun 20-də Bakıda neftçi ailəsində anadan olmuşdur. 1949-cu ildə Bakı Kənd Təsərrüfatı Texnikumunun Yerquruluşu şöbəsini fərqlənmə diplomu ilə bitirdiyinə görə respublika hökuməti tərəfindən təhsilini davam etdirməsi üçün Moskvaya göndərilmiş və 1955-ci ildə Yerquruluşu Mühəndisləri İnstitutunu bitirərək Bakıya qatırmışdır. Elə həmin ildə Bərdə rayonunda yerquruluşu mühəndisi vəzifəsində işə başlamış, 1956-cı ildə Kənd Təsərrüfatı Nazirliyinin Yerquruluşu İdarəsində mühəndis, böyük mühəndis və baş mühəndis işləmiş, 1964-cü ildə həmin idarənin rəisi təyin olunmuşdur. Nadir Hüseynbəyov 1968-ci ildən Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində təlimatçı, bölmə müdiri, 1969–1985-ci illərdə Azərbaycan SSR kənd təsərrüfatı nazirinin birinci müavini olmuş, 1976–1977-ci illərdə nazir vəzifəsini müvəqqəti icra etmişdir. 1985–1986-cı illərdə Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsi sədrinin müavini, 1986-cı ildən isə paralel şəkildə Aqrar-Sənaye Komitəsi sədrinin birinci müavini və Azərbaycan SSR naziri vəzifələrində çalışmış, 1989-cu ildə komitədə aparılan struktur dəyişikliklərindən sonra Baş Bitkiçilik İdarəsinə rəis təyin olunmuşdur. Nadir Hüseynbəyov 1992-ci ildə təqaüdə çıxdıqdan sonra Kosmos Agentliyinin Ekologiya Elmi-Tədqiqat İnstitutunda əmək fəaliyyətini davam etdirmiş, 1994-cü ildən Dövlət Torpaq Komitəsinin Yerquruluşu Layihə İnstitutunda şöbə rəisi, baş direktorun birinci müavini işləmişdir. 1996-cı ildə Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyində torpaq qeydiyyatı, yerquruluşu və kadastr üzrə baş mütəxəssis vəzifəsinə təyin olunmuşdur. Aqrar sahədəki nailiyyətlərinə görə Nadir Hüseynbəyov iki "Qırmızı əmək bayrağı" ordeni və "Xalqlar dostluğu" ordeni ilə təltif edilmiş, çoxsaylı dövlət medallarına, Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 4 qızıl, 5 gümüş, 8 bürünc medalına və iki diplomuna layiq görülmüşdür. 3 dekabr 1982-ci ildə ona "Azərbaycan SSR əməkdar kənd təsərrüfatı mühəndisi" fəxri adı verilmişdir.
Nadir Hüseynov
Nadir Sabir oğlu Hüseynov (d. 11 sentyabr 1960, Gəncə) — Azərbaycan Respublikası xarici işlər nazirinin sabiq müavini, diplomat. 1960-cı il sentyabrın 11-də Gəncə şəhərində anadan olmuşdur. 1983-cü ildə Kiyev Dövlət Universitetinin Beynəlxalq Əlaqələr və Beynəlxalq Hüquq fakultəsini bitirmişdir. 1988–1991-ci illərdə Kiyev Dövlət Universitetinin aspirantı olmuşdur. 1991-ci noyabrın 6-da Kiyev Dövlət Universiteti tarix elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 1983–1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm Şurasında müfəttiş, baş müfəttiş, şöbə müdiri vəzifələrində işləmişdir. 1992–1998-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin 1-ci katibi, şöbə müdiri, idarə rəisinin müavini, 1998–2010-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin rəisi olmuşdur. 2002-ci il yanvarın 12-də ona Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Fövqəladə və Səlahiyyətli Səfir dərəcəsi verilmişdir. 2010-cu noyabrın 24-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini vəzifəsinə təyin edilmişdir.
Nadir Mansurov
Nadir Məşədi Süleyman bəy oğlu Mansurov (1 (14) aprel 1916, Bakı – 19 noyabr 1972, Bakı) — tarzən, Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Konsert Birliyinin solisti Nadir Məşədi Süleyman bəy oğlu Mansurov 1916-cı ilin aprel ayının 14-də Bakıda məşhur Mansurovlar ailəsində doğulmuşdur. Uşaq yaşlarından musiqiyə həvəsi olmuş və tar çalmağı atasından öyrənmişdir. Hələ gənc yaşlarından müxtəlif xalq çalğı alətləri orkestr və ansambllarının tərkibində tarzən kimi çıxış etmişdir. Nadir Mansurov 1937–38-ci illərdə Gəncədə bir çox yerli xanəndələrə müşayiət edir. Əsasən o zaman orada məşhur olan Muxtar Əsgər oğlu Qurbanovla daha tez-tez çıxış edir. O, 1940-cı ildə hərbi xidmətə çağırılır. Hətta əsgərlikdə də öz tarını əlindən buraxmır, müxtəlif tədbirlərdə zabit və əsgərlər qarşısında çıxış edir. 1941-ci ildə isə İkinci dünya müharibəsində öz əsgəri borcunu yerinə yetirmək üçün müharibəyə yollanır. Moskva ətrafındakı döyüşlərdə bərk yaralanan Nadir Mansurov bir neçə ay hərbi hospitallarda müalicə olunur. Yaraları sağaldıqdan sonra o, yenidən cəbhəyə yollanır və müharibənin sonuna qədər vuruşur.
Nadir Mehdiyev
Nadir Hüseyn oğlu Mehdiyev (27 iyun 1971, Bakı) — Azərbaycan kinooperatoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2017). Nadir Mehdiyev 27 iyun 1971-ci ildə Bakıda anadan olub. 1999-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsini bitirib. Kinorejissor Hüseyn Mehdiyevin oğludur. Nadir Mehdiyev bədii, sənədli filmlərin, musiqi kliplərinin quruluşçu operatorudur. "Dolu" filminə görə "Ən yaxşı operator işi" nominasiyasında "Qızıl Pəri" mükafatı (2015) Azərbaycanın əməkdar mədəniyyət işçisi (31 iyul 2017) Operator assistenti kimi Ölsəm... bağışla (film, 1989) (tammetrajlı bədii film) Qətl günü (film, 1990) (tammetrajlı bədii film) Haray (film, 1993) (tammetrajlı bədii film) Operator kimi Səhnədə keçən həyat (film, 1991) (qısametrajlı sənədli film) Dostuma məktub (film, 1992) (tammetrajlı sənədli film) Udi xalqı (film, 1993) (qısametrajlı sənədli film) Müharibə yolları (1995) (sənədli film) Hökm (film, 1994) (tammetrajı bədii film) Özgə vaxt (film, 1996) (tammetrajlı bədii film) Bakı metrosu-30 (film) (qısametrajlı sənədli film) Azərbaycanda rabitənin inkişaf yolları və tərəqqisi (film, 1998) Zəncir (1999) (sənədli film) Bir anın həqiqəti (film, 2003) (çoxseriyalı bədii film) Məkanın melodiyası (film, 2004) (tammetrajlı bədii film) Bomba (film, 2005) (tammetrajlı bədii film) Məşədi İbad 94 (film, 2005) (tammetrajlı bədii film) Qrinviç meridianından... kənarda (film, 2007) (qısametrajlı bədii film) Əgər unutsaq.. (film) (sənədli film) Əlavə təsir (film, 2010) (tammetrajlı bədii film) Top həm düşər, həm qalxar (film, 2011) (sənədli film) Dolu (film, 2012) (tammetrajlı bədii film) Qanun naminə (serial, 2013) 5+ (film, 2014-2015) (bədii serial) Yuxarıda və aşağıda (film, 2015) (kinoalmanax) ("": quruluşçu operator) Yarımçıq xatirələr (film, 2015) (tammetrajlı bədii film) Həddən artıq uyğunluq (film, 2016) (tammetrajlı bədii film) Oğlan evi 2 (film, 2016) Ağanatiq (film, 2017) Əlvida, Şmidt!
Nadir Mikayılov
Nadir Mikayılov (14 iyun 1939, Ağdam – 16 noyabr 2011, Bakı) – coğrafiya elmləri doktoru, professor. Kərrar Mikayılovun oğlu. Tofiq Mikayılovun qardaşı Nadir Kərrar oğlu Mikayılov 14 iyun 1939 ildə Ağdamda dünyaya gəlmişdir. Ağdam Kənd Təsərrüfatı Texnikumunu fərqlənmə diplomu ilə bitirmiş (1958), hərbi xidmətdən sonra (1958-61) Perm Dövlət Universitetinin (Rusiya Federasiyası) Coğrafiya fakültəsində (1961-1966) ali təhsil almışdır. Nadir Mikayılov tələbəlik illərində Şimali Ural geoloji-axtarış ekspedisiyasının tərkibində texnik-geoloq və geomorfoloq kimi, təcrübəli mütəxəssislərin rəhbərliyi altında Rusiyanın şimali Tayqa və Tundra zonalarında çöl tədqiqat işlərində təcrübə qazanmışdır. Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun aspiranturasına qəbul olunmuş (1968), "Qarabağ düzündə yayılmış ağırgilli şoranların yaxşılaşdırılması" mövzusunda dissertasiya müdafiə edərək (1972), kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1979 ildə baş elmi işçi diplomu almışdır. Nadir Mikayılov "Kür-Araz ovalığında yayılmış şoran-şorakət torpaqların əmələgəlmə şəraitinin və meliorasiyanın ekoloci əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək (2003), coğrafiya elmləri doktoru alimlik dərəcəsi almışdır. Nadir Mikayılov Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Coğrafiya İnstitutunun Geomorfologiya şö’bəsində kiçik elmi işçi (1966), Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi katibi (1974-78), Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Torpaqların aqroekologiyası və bonitirovkası laboratoriyasının müdiri (1978-82),Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində "Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə" kafedrasında dosent, professor vəzifələrində çalışmışdır. Nadir Mikayılov 16 noyabr 2011 ildə Bakıda vəfat etmişdir.
Nadir Muradov
Nadir Əhməd oğlu Muradov (18 noyabr 1996; Göygöl rayonu, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Nadir Muradov 1996-cı il noyabrın 18-də Göygöl rayonunun Gəncə qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Nadir Muradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Nadir Muradov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 12 yanvar 2021-ci ildə dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nadir Muradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Nadir Muradov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Nadir Məmmədli
Nadir Məmmədli (dilçi) — filologiya elmləri doktoru (2001), professor (2004), naşir. Nadir Məmmədli (nazir) — Naxçıvan Diyar Xalq Səhiyyə Komissarı.
Nadir Məmmədov
Nadir Məmmədov Gülməmməd oğlu (20 noyabr 1941, Ərkivan, Masallı rayonu – 10 yanvar 2023) — coğrafiya elmlər doktoru, professor. Məmmədov Nadir Gülməmməd oğlu 1941-ci il noyabr ayının 20-də Azərbaycan Respublikası Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. N. G. Məmmədov 1962-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetin Geoloji-Coğrafiya fakültəsinin coğrafiya-biologiya şöbəsinə qəbul olmuşdur. O, 1967-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək, təyinatla Azərbaycan SSR Elmlər Akademiyası Coğrafiya İnstitutuna göndərilmişdir. Nadir müəllim bir qayğıkeş müəllim, təcrübəli tədqiqatçı-metodist kimi respublikamızda tanınmaqla həm də gəncləri öz ətrafına toplayıb onlara öz xeyirxah məsləhətlərini verir. O, çox sadə və təvazökar bir insandır. Əziz Nesin demişkən "insanın sadəliyi onun böyüklüyündə və ucalığındadır". 1967-ci ilin noyabr ayının 15-dən Coğrafiya institutunun iqlimşünaslıq şöbəsində işləmişdir. 1968-ci ilin may ayından həmin institutun xəritəçilik və toponimika şöbəsində kiçik elmi işçi vəzifəsində çalışmışdır və 1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Xəritəçilik şöbəsinin "Coğrafi adları" (Toponimika) ixtisası üzrə əyani aspiranturasına qəbul olmuşdur. Üç il aspiranturada oxuduqdan sonra 1972-ci ilin mart ayından həmin şöbədə kiçik elmi işçi vəzifəsində çalışmışdır.